XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

27 Yanvar 2019 - 14:03

Azərbaycanda neft quyusundan oğurluq edənlər tutuldu –Polis əməliyyatı

Şirvanda oğurluğa cəhd etmiş 2 nəfər tutulub.

Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları, Cənub Elektrik Stansiyanın yaxınlığında yerləşən neft quyusunun borularını dəmir kəsən mişarla kəsib oğurlamağa cəhd göstərən 2 nəfəri müəyyən edib.

Əməliyyat tədbiri nəticəsində Şirvan şəhər Çılpaqlı qəsəbə sakinləri, 1995-ci il təvəllüdlü Əzimov Qaraxan Sərraf oğlu və 1994-cü il təvəllüdlü Zərbəliyev Şəmsəddin Elxan oğlu tutularaq maddi sübutla birlikdə ərazi üzrə Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır/Publika.az.