XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 10:29

İrandan gələn Azərbaycan vətəndaşı gömrükdə saxlanıldı –Nakrkotik əməliyyatı

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Strateq.az DGK-nə istinadən bildirir ki, şəxsi yoxlamadan əvvəl vətəndaş üzərində dərman pereparatlarının olduğunu bildirib və gömrük əməkdaşlarına təqdim edib.

Baxış zamanı üzərində “Alprazolam 1” yazısı olan hər birində 10 ədəd həb olmaqla 17 konvalyut dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, alprazolam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III siyahısına daxildir Faktla bağlı araşdırma aparılır.