XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 10:52

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb –Qətl, yoxsa...?

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb.

Strateq.az “Report”a istinadən bildirir ki, bunlar 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır.

Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da, onların öldürüldüyü ehtimal olunur.

Azərbaycanlı gənclərin ataları bizneslə məşğuldur.