XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 12:03

Həmyerlisini öldürən Lənkəran sakini yaxalandı

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə Lənkəran rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, yanvarın 29-da Lənkəran şəhəri ərazisindən Aşağı Nüvədi kənd sakini Ş.Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini H.Əlili müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.