XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 12:01

Xırdalanda 750 ədəd pivə “boçka”sı oğurlayan iki nəfər tutuldu –DİN-dən açıqlama

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.