Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini S.Şamilov yanvarın 30-na keçən gecə 52-ci məhəllədə “Hyundai” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə sənəd və bankomat kartlarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 27-də “Opel” markalı digər avtomlobildən monitor və videoqeydiyyat qurğusu, həmçinin 1 evdən 100 metr elektrik naqili oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.