XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 12:55

Bakıda 14 bağ evindən oğurluq edən şəxslər tutuldu –DİN açıqlama yaydı

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, əməliyyat zamanı Şamaxı rayon sakini Elgün Qəhrəmanov və Sabunçu rayon sakini Nəcəfqulu Quliyev tutulublar.

Araşdırma zamanı onların Nardaran, Ləhic, Maştağa və Bilgəh bağlarında yerləşən 14 evdən əsasən kombi, televizor və digər məişət əşyaları oğurladıqları məlum olub.

Bildirilib ki, bağ evlərinə oğurluğa E.Qəhrəmanov daxil olub. Daha sonra o, oğurladığı əşyaları N.Quliyevin avtomobili ilə həmin ərazidən apararaq satıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.