XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2019 - 23:07

Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı, 4 nəfər yaralandı –FOTO

Sumqayıt şəhərinin girəcəyində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində qəza baş verib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, yol ilə hərəkətdə olan “50-DC-079” dövlət qeydiyyat nişanlı “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq YDM-in ətrafındakı daş maneəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.