Bakıda metroda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Strateq.az-ın apa.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, Metropolitendə Polis Şöbəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 22-də metronun «Sahil» stansiyasında Bakı şəhər sakini Flora İsgəndərovanın içərisində pul, şəxsiyyət vəsiqəsi və metro kartı olan pul qabını oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Rəşad Hüseynov tutulub.
Faktla bağlı araşdırma aparılır.