XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 12:43

Vətəndaşlardan 7 ədəd silah götürülüb- DİN açıqladı

Daxili işlər orqanları əhalidən qanunsuz saxlanılan silahların toplanması istiqamətində əməliyyat tədbiri keçirib.

DİN mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının Sığırlı kəndi ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağsu rayon sakinləri X.Məmmədov, F.Şahbazov, K.Cabbarov və P.Gülmalıyev saxlanılıb. Onlardan 4 ədəd  ov tüfəngi götürülüb.

Daxil olmuş məlumat əsasında Şəki şəhərinin Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov da saxlanılıb. Onlardan müvafiq sənədləri olmayan 3 ədəd “TOZ” markalı tüfəng və 32 ədəd  patron aşkar edilərək götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.