XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 19:08

Cəlilabad sakini itkin düşüb- FOTO

Cəlilabad rayon sakini itkin düşüb.

“Report”un Aran bürosu xəbər verir ki, Göytəpə şəhər Nizami küçəsi, ev 67-də yaşayan 1993-cü il təvəllüdlü Sahib Sahibəli oğlu Mahmudov yanvarın 25-də naməlum avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yanvarın 25-dən 8 gün keçməsinə baxmayaraq, S.Mahmudovun yerini bilən yoxdur.

Onun yaxınları bu barədə polis bölməsinə məlumat verib. Hazırda S.Mahmudovun tapılması istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, o, 3 azyaşlı uşaq atasıdır.