XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2019 - 13:54

Rusiyada uşaqları daşıyan avtobus aşdı –Bir nəfər həlak olub, 20 uşaq yaralanıb

Rusiyanın Kaluqa vilayətində avtobusun aşması nəticəsində 20 uşaq yaralanıb.

AZƏRTAC xəbər verir ki, Rusiya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Baş İdarəsinin məlumatına görə, fevralın 3-də Kaluqa-Vyazma yolunda avtobus yol kənarına aşıb. İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, 20 uşaq xəsarət alıb. Avtobusda olan 47 sərnişindən 31-nin idman yarışına gedən uşaqlar olduğu bildirilir.