XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2019 - 11:26

Suraxanıda kabel oğurlayan 3 nəfər saxlanılıb –DİN-dən açıqlama

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan şəxslər saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar: “Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər”.

Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.