XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 16:20

Sərnişin avtobusu yüksək sürətlə TIR-a çırpıldı, 4 nəfər xəsarət aldı –DYP-dən Abşerondakı qəza ilə bağlı açıqlama

Xəbər veridiyi kimi, bu gün Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

Hadisə Atyalı adlanan qəsəbəsində baş verib. 99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan yük avtomobilinı çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Avtosfer.az-a bildirib ki bu gün səhər saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində 551 saylı marşrut xətti üzrə hərəkətdə olan “SAZ-NP37” markalı, 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarında dayanmış “DAF” markalı yük avtomobilinə dəyib: “Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır”.