XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

07 Fevral 2019 - 20:59

Cəlilabadda ata və oğlu bıçaqlanıb –Vəziyyətləri ağırdır

 Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Alar kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri – 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır/Report.