XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2019 - 23:39

İspaniyada iki qatar toqquşub –Ölən və xəsarət alanlar var

İspaniyada iki şəhərətrafı dəmir yolu ilə hərəkət edən qatar toqquşub.

Trend-in fövqəladə hallar xidmətinin “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, toqquşma dəmir yolunun San-Visente-de-Kastelyet və Monresoy (Barselona əyaləti) stansiyaları arasında baş verib. Məlumata əsasən, toqquşma nəticəsində 1 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, hadisə yerində təcili yardım xidməti, yanğınsöndürənlər və hüquq-mühafizə orqanları çalışır.