XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 19:47

Polislərə xəsarət yetirən şəxslər həbs olundu- Baş Prokurorluq

bash-prokurorluq

 

Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar polis əməkdaşlarına qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etmə ilə müşayiət olunan hərəkətlərə yol verməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

 

Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, fevralın 24-də paytaxtın Xəzər rayonu ərazisində rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xidmətdə olan polis serjantları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən işıqforun qadağanedici siqnalında hərəkət edən “VAZ 2107” markalı “10-DL-542” dövlət qeydiyyat nişanlı avtomobilə “Saxla” işarəsi verilib. Lakin buna baxmayaraq, sürücü yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yüksək sürətlə hərəkətini davam etdirərək avtomobilini yaşadığı Mərdəkan qəsəbəsinin Qızılqum bağlar massivində saxlayıb.

 

Avtomobili saxladıqdan sonra sürücü Rakif Abdullayev, nəqliyyat vasitəsinin içərisində olan qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayev ətrafda olan daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşları V.Abbasova və C.Ağayevə fiziki zor tətbiq edərək onlara müxtəlif bədən xəsarətləri yetiriblər.

 

V.Abbasov aldığı xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. C.Ağayev isə ambulator tibbi yardım göstərildikdən evə buraxılıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmış və məhkəmə-tibbi ekspertizalar təyin edilib.

 

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Rakif, Gülbala və Rafiq Abdullayevlər cinayəti törətməkdə şübhəli şəxs qismində tutulublar. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.