İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.
“Report” xəbər verir ki, bu barədə bazar ertəsi şəhərin qubernatoru Əli Yerlikaya məlumat verib. “Çekməköy rayonunda vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub”, – deyə o, “Twitter”də yazıb. İlkin məlumatlara görə, vertolyot texniki səbəblərdən məcburi eniş edən zaman qəzaya uğrayıb. Hadisə yerinə “təcili yardım” və yanğınsöndürən maşınlar cəlb olunub.