Gəncə şəhərində zəncir vari yol-nəqliyyat hadisəsi baş verib.
Strateq.az “Report”a istinadən bildirir ki, hadisə zamanı 4 avtomobil toqquşub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.
Yaralılar “təcili yardım” maşınları ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.