XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2016 - 11:19

Azərbaycanda qaçqın statusu almış 17 yaşlı əfqan qız12-ci mərtəbədən yıxıldı

bash-prokurorluq

 

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

 Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.

Apa.az