XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 12:10

Piyada ölümünə səbəb olan sürücü saxlanılıb –Bərdədə

Piyada ölümünə səbəb olan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, ötən ilin noyabr ayında Tərtər rayon sakini Etibar Hacıyev idarə etdiyi “QAZel” markalı avtomaşınla Bərdə rayonu Qarağacı kəndi ərazisində yolu keçmək istəyən Əmrah Məstanovu ehtiyatsızlıqdan vurub:

“Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, hadisə barəsində Rayon Polis Şöbəsinə məlumat verilməyib. Yaralı bir müddət müalicə aldıqdan sonra dekabrın 31-də yaşadığı evdə ölüb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Etibar Hacıyev saxlanılıb. İlkin dindirilmə zamanı o, hadisəni ehtiyatsızlıqdan törətdiyini etiraf edib”.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.