XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 14:49

Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan qohumlar saxlanılıb –Təfərrüat

Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Strateq.az DİN-ə istinadən bildirir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb:

“Onun üzərinə baxış zamanı 11 büküm narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən, qohumu əvvəllər məhkum olunmuş paytaxt sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib. Həmin şəxsin də üzərindən narkotik maddəə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Ekspertiza ilə məlum olub ki, S.Mirzəyevdən aşkar edilən narkotik vasitənin miqdarı 50 qram, V.Həsənovdan aşkar edilən narkotik vasitənin çəkisi isə 1 kiloqram 50 qramdır. Qeyd edək ki, V.Həsənovdan həmçinin bir ədəd elektron tərəzi də aşkar edilərək götürülüb”.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.