Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu ilin əvvəlindən etibarən ölkə ərazisində beş ton narkotik maddənin ələ keçirildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, nazir ölkədə bu istiqamətdə 300 əməliyyatın keçirildiyini deyib. Qeyd edib ki, fevralın 13-də əməliyyat-axtarış qrupları tərəfindən 15 sığınacaq aşkar olunub.