XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 12:23

Bakıda vətəndaşın bank hesabından oğurluq- Oğru uzağa gedə bilmədi

Bakıda vətəndaşın bank hesabından oğurluq edilib. 

DİN mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, fevralın 11-də “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs üç gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.