XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Fevral 2019 - 00:11

Nigeriyada silahlı hücum –60-dan çox dinc sakin həlak olub  

Nigeriyanın Kaduna əyalətində prezident seçkiləri öncəsi təşkil olunan silahlı hücumlar nəticəsində 66 nəfər həlak olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Əyalət Mətbuat Katibi Samuel Aruvan jurnalistlərə verdiyi açıqlamada silahlı hücumu edənlərin kimliyinin hələ məlum olmadığını deyib.

Faktla bağlı cinayət işi açıldığını söyləyən S.Aruvan, xalqı təmkinli davranmağa çağırıb.

Qeyd edək ki, Nigeriyada sabah keçiriləcək seçkidə Bütün Qabaqcıllar Konqresinin sədri Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasının sədri Abubakar ən güclü namizədlər hesab edilir.