Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
DİN Mətbuat Xidmətindən verilən Strateq.az-a verilən məlumata görə, fevralın 18-də saat 21 radələrində Sumqayıt şəhəri ərazisindən şəhər sakini A.Seyidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq, orada ölməsi barədə şəhər Polis İdarəsinə məlumat daxil olub:
“Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı cinayət işi başlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb”.