XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 11:34

Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü yaxalanıb –Təfərrüat

 

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü yaxalanıb.

DİN Mətbuat xidmətindən Strateq.az-a bildirib ki, fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.