XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 12:52

Bakıda gözəllik salonundan 8 min pul və 7 minlik süni saç oğurlayan saxlanılıb –Polisdən açıqlama

Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb:

“Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb”.

Araşdırma aparılır.