XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 20:17

“Dəmirbank” ASC-nin Bayıl filialının sabiq müdiri Ali Məhkəməyə şikayət etdi –Bəraət tələbi

Mənimsəmədə təqsirləndirilən “Dəmirbank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən sabiq filial müdiri barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Həmçinin zərərçəkmişlər də kassasiya şikayəti veriblər. Onlar dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

İttihama əsasən, F.Rəşadətli “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə mənimsəyib.

F.Rəşadətli ilə birgə bankın xəzinədarı T.Xanlarova və bankın əməkdaşı F.Qarayev də təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən, barələrində polis nəzati qətimkan tədbiri seçilmiş T.Xanlarovanın 1000 manat cərimə olunması, F.Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması ilə bağlı hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi həmin şəxslərin apellyasiya şikayətini təmin etməyib.