XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 12:22

Bakıda azyaşlı qızın telefonunu zorla alan şəxs yaxalandı –Metroda

İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.