XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 22:36

Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb- FOTO

Goranboy rayon sakini itkin düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıdıb. Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, onun telefonuna zəng çatmayıb. Həmin gündən M.Qurbanovdan xəbər yoxdur.

Yaxınlarının bildirdiyinə görə, BDU-nun hüquq fakultəsinin 1-ci kurs tələbəsi olan M.Qurbanov oxuduğu müddət ərzində Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxta getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahatdırlar.

Tələbənin itkin düşməsi ilə bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət edilib. Onu görənlərdən yaxud M.Qurbanov haqqında məlumatı olanlardan 051-327 -22-32 və 051-572-01-54 telefon nömrələrinə zəng etmələri xahiş olunur.