Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Kərimbəyli kənd sakini D.Həsənov fevralın 22-nə keçən gecə nasaz vəziyyətdə olan “VAZ-2107” markalı avtomobilinin oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Nəcəfqulubəyli kənd sakini M.Fətəliyev saxlanılmışdır. Avtomobil sahibinə qaytarılıb.