XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 14:20

Azərbaycan sərhədini pozan daha 3 nəfər saxlanıldı –DSX təfərrüatı açıqladı

Fevralın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sər­həd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Asta­ra rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sa­­hə­sində İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikasına doğru bir nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat da­xil olub.

DSX-dən Strateq.az-a verilən məlumata görə, sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətin­də təşkil edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:45 radələ­rində dövlət sər­hədini pozmağa cəhd edərkən İran İslam Res­pub­likasının vətəndaşı 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saxlanılıb.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram olan narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Astara rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticə­sində İİR vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini 1986-cı il təvəl­lüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırma zamanı A.Məmmədov 23 fevral tarixində gecə saat­larında As­tara rayonunun Ərçivan kənd sakini 1986-cı il təvəllüdlü Hacıye­va Vü­salə Qurban qızı ilə birlikdə Astara rayonunda yerləşən “İstisu” adla­nan əra­ziyə gəlmələri və İİR vətəndaşı ilə görü­şə­rək on­dan narkotik vasitə əldə etmələrini etiraf edib.

Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral tarixində V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram heroin540 qram marixuana300 qram metamfetamin64 ədəd tropikamid mydrax, 100 konvalyutda pre­qabalin-150 aşkarlanaraq götürülüb.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Mə­cəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış, barələrində həbs qətimkan tədbiri seçilib.

İİR vətəndaşı Tahiri Müqəddəm Rza Əb­düləli oğlunun 2005-ci ildə döv­lət sərhədini pozduğuna və narkotik vasi­tələrin qaçaqmalçılığına görə DSX əmək­daşları tərəfindən saxlanılaraq məhkum olunması, Hacıye­va Vü­salə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­dirilir.