XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 18:54

Azərbaycanda 900-dən çox məhkum elektron qolbaq daşıyır

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib.

“Report” xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında məlumat verilib.

Qeyd olunub ki, 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.