Sumqayıtda dəniz kənarında gənc oğlan intihar edib.
Hadisə dəniz kənarında olan obyektlərin birində baş verib.
Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır/Report
Strateq.az xəbər verir ki, intihar edən gənc ANS-in keçmiş əməkdaşıdır.
Xatırladaq ki, bir müddət əvvəl dostları onun yoxa çıxması haqda sosial şəbəkələrdə məlumat yaymışdılar.
Allah rəhmət eləsin!