XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 18:36

Goranboy “Doktor” ləqəbli narkotacir saxlanıldı –Təfərrüat + FOTO

Goranboy rayonunda “Doktor” ləqəbli narkotacir saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Strateq.az-a verilən məlumata görə, Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı R.Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Qeyd edək ki, saxlanılan şəxs ləqəbinin “doktor” olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.