XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 14:23

Silsilə terror aktı hazırlayan qrup həbs edilib –Rusiyada

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Bürosunun əməkdaşları Xantı-Mansiysk Muxtar Dairəsində silsilə terror aktları hazırlayan terrorçu özəyin dörd üzvünü həbs ediblər.

AZƏRTAC xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, terrorçu qrup beynəlxalq terrorçu təşkilatlar və Şimali Qafqazda gizli quldur təşkilatları ilə əlaqədə olub. Həbs olunan şəxslər kirayə götürdükləri mənzillərdə görüşərək, müxtəlif obyektlərdə, dövlət hakimiyyəti və hüquq-mühafizə orqanlarının binalarında terror aktlarının həyata keçirilməsi planlarını müzakirə ediblər.