XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2019 - 15:24

Süpürgəçi tapdığı 400 min dolları polisə təhvil verib –Londonda

Londonda süpürgəçi avtobusların birində tapdığı 300 min funt sterlinq (təxminən 396 min dollar -red) paytaxt polisinin Britaniya xidmətinə təhvil verib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, sərnişinlərdən biri böyük məbləğdə pulu avtobusda qəhvəyi rəngli zərfdə unudaraq nəqliyyat vasitəsini tərk edib. Pulu tapan qadın isə onu polisə verib. Nəşr pulu polisə təhvil verən dürüst süpürgəçinin adını açıqlamayıb. Ancaq qeyd edilir ki, o, Londonun təmizlik xidməti göstərən şirkətlərindən birinin əməkdaşıdır.