XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 14:34

Bakıda professorun evini yağmaladılar –Polis araşdırır

polis-idare-loqo

 

Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü Telman Hacıyevə məxsus Maştağa qəsəbəsi 2-ci Albalı massivində bağ evindən oğurluq olub.

Oğrular evə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olublar. Bağ evindən məişət əşyaları oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Qeyd edək ki, Telman Hacıyev Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılaq mukafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professordur. (“Report”)