XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 16:00

6 hakimin səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri aşağı işə keçirilib –Ötən ilin hesabatı

Ötən il Azərbaycanda vətəndaşların haqlı narazılıqlarını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri isə aşağı işə keçirilib.

”Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabat bildirilir ki, dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə ardıcıl tədbirlər görülüb. Bu zaman hakimlərin fəaliyyətlərinin prinsipial qiymətləndirilməsinə xüsusi diqqət yetirilib. Beləliklə, səlahiyyət müddəti bitmiş 71 hakimin və 7 məhkəmə sədrinin fəaliyyəti qiymətləndirilib.