XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2019 - 19:37

Cəlilabadda külli miqdarda narkotik vasitə aşkarlanıb –Saxlanılan var + FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

DİN-in mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı həmin cinayəti törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb:

“Onun üzərində şəxsi axtarış aparılan zaman 1,679 qram narkotik vasitə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Quliyevin yaşadığı evə də baxış keçirilib. Oradan isə əlavə olaraq 13 kiloqrama yaxın narkotik vasitə olan tiryək və 65 qram heroin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib”.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.