XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2019 - 12:14

“Nizami” metro stansiyasında cibgir tutulub –Polis əməliyyatı

 Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Bu barədə DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.