XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 12:51

Narkotik satan şəxs saxlanılıb –Ağcabədidə əməliyyat

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən Strateq.az-a məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Arzu Həsənovdan 1.428 qram heroin aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla A. Həsənova narkotiki satan digər rayon sakini Xaliq Quliyev də saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda ümumi çəkisi 55.326 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.