XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 14:25

Vəkil olmaq istəyən 250 nəfər üçün imtahan olacaq –Kollegiya açıqladı

Vəkillər Kollegiyası (VK) ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən martın 30-da Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Strateq.az VK-na istinadən xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində elektronlaşdırılmış qaydada – kompüter vasitəsilə həyata keçiriləcək.

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarında iştirakla bağlı sənəd verən şəxslərin çoxluğu nəzərə alınaraq ərizələrinin daxil olma tarixi üzrə ilk 250 namizəd imtahana buraxılacaq.

Kollegiya üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər martın 27-dək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən anket-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini [email protected] elektron poçt ünvanına martın 27-dək göndərməlidirlər.

Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Vəkilliyə qəbulla bağlı imtahanda iştirak edəcək namizədlərdən martın 30-da saat 09:00-da Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzinə şəxsiyyət vəsiqəsini təqdim etməklə yaxınlaşmaları xahiş olunur.