XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2019 - 10:31

Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb –Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb (DİN)

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, martın 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.