Axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda saxlanılıb.
DİN mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı (adam oğurluğu) və 163-cü (hədə-qorxu ilə tələbetmə) maddələri ilə axtarışda olan Rusiya vətəndaşı F.Balayevsaxlanılıb.