XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 12:07

10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb –DİN

10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər. Belə ki, martın 7-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 9 kiloqram marixuana və 1 kiloqrama yaxın heroin götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.