XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 18:08

“Beynəlxalq Bank işi”nə görə tutulan daha iki nəfərin həbs müddəti uzadılıb

həbs 6 - копия

 

Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mərkəzi filialının sabiq direktoru İlqar Abdullayev və həmin bankdan kredit götürərək qaytarmamaqda günahlandırılan “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Strateq.az-ın report.az-a istinadən verdiyi xəbərə görə, həmin şəxslər barələrində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.Qeyd edək ki, təqsirləndirilən şəxslər 2015-ci ilin ildə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. 

 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Xatırladaq ki, bundan əvvəl “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz və “Şəki İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov və digər şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. 

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti isə dörd ay uzadılıb.