XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 15:15

Yasamalda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.