XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2019 - 22:42

Mingəçevirdə nişanlı qız 5-ci mərtəbədən düşdü:martın 24-ü toyu olacaqmış

Mingəçevirdə faciəli hadisə baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb. Məlumata görə, S.Qarayeva nişanlı olub. Martın 24-ü onun toyu olacaqmış. Faktla bağlı araşdırma aparılır.